Kreml Türkiyə ilə Hollandiya arasındakı gərginlik haqda

Kreml Türkiyə ilə Hollandiya arasındakı gərginlik haqda “Rəsmi Moskva Haaqa və Ankaranı iki ölkə arasında yaranan gərginliyin aradan qaldırılmasında təmkinli olmağa və konstruktizmə çağırır”.

Tehsil-press.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, rəsmi Kreml gərginliyin nizama salınmasında vasitəçilərin kömək edə biləcəyini düşünmür: “Bu vəziyyətdən yalnız bu iki ölkə çıxa bilər”.
Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb. İki ölkə arasında münasibətlər məhz bundan sonra gərginləşib.

Tehsil-press.az

Oxşar xəbərlər