Xəzər Universitetində yeni tədris ili başlanıb

Xəzər Universitetində yeni tədris ili başlanıb Xəzər Universitetində 2019/2020-ci tədris ilinin açılışı olub.
Bu ali məktəbin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yeni qəbul olunmuş tələbələri və onların valideynlərini təbrik edib, gənclərə uğurlar arzulayıb.
Rektor İradə Xəlilova universitetdə tələbələr üçün yaradılan təhsil şəraitindən və onların hərtərəfli inkişafını təmin edən proqramlardan danışıb.
Sonra universitetin müxtəlif ixtisaslarına yüksək balla qəbul olunmuş gənclərə hədiyyələr təqdim edilib.
Tələbələr adından çıxış edən Nicat Hacıyev onlara göstərilən etimadı uğurlu təhsilləri ilə doğruldacaqlarını bildirib.
Tədbir musiqi proqramı ilə davam edib.

Mətbuat Xidməti

Oxşar xəbərlər