Xəzər Universitetində xüsusi sertifikat proqramına başlanılacaq

Xəzər Universitetində xüsusi sertifikat proqramına başlanılacaq Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı İsveçrə Dövlət Əməkdaşlıq və İnkişaf Katibliyinin proqram meneceri Reto Veyermenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Universitetdən tehsil-press.az-a bildirilib ki, görüşdə Xəzər Universitetində yaradılmış Avrasiya Bilik Mərkəzinin cari fəaliyyəti barədə məlumat verilib. Mərkəzin idarəçiliyi ilə növbəti ildə xüsusi sertifikat proqramına başlanılması barədə müzakirələr aparılıb.

Oxşar xəbərlər