Hamlet İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetində oxucularla görüşüb

Hamlet İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetində oxucularla görüşüb Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Xəzana tərif” kitabının müəllifi, professor Hamlet İsaxanlı Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetində oxucularla görüşüb.
Tədbirin aparıcısı Mehmet Yaşar kitabın müəllifi haqqında məlumat verib. Kahramanmaraş Sütçü İmam Universitetinin 4-cü kurs tələbəsi Yusuf Yıldızın ifasında səsləndirilən şeirlər alqışlarla qarşılanıb. Kitabın tərcüməçisi, şair-yazar İmdat Avşar Hamlet İsaxanlının ədəbi irsi, İstanbulda ikinci dəfə çap olunan “Xəzana tərif” kitabı haqqında danışıb.
Tədbirdə Hamlet İsaxanlı şerlərini oxuyub və oxucuların çoxsaylı suallarını cavablandırıb. Rektor Niyazi Can maraqlı gecə üçün minnətdarlığını bildirib və hədiyyəsini şairə təqdim edib.
Sonra Hamlet İsaxanlının “Xəzana tərif” kitabının imza günü keçirilib.
Tədbirdə Kahramanmaraş Sütçü İmam Universitetinin prorektorları, dekanları, fakültə rəhbərləri, yerli və xarici tələbələr, sıravi vətəndaşlar iştirak ediblər.
Qeyd edək ki, Hamlet İsaxanlının Türkiyənin Kayseri, Niğde, Nevşehir, Kapadokya və Kahramanmaraş şəhərlərindəki görüşləri maraqla qarşılanıb. Onun, həmçinin Ankara və İstanbulda oxucuları ilə görüşləri olacaq.

Hamlet İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetində oxucularla görüşüb

Mətbuat Xidməti

Oxşar xəbərlər