Azərbaycan Universitetində yeni tədris ili başladı

Azərbaycan Universitetində yeni tədris ili başladı Azərbaycan Universitetində 2019/2020-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib. Universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və birinci kurs tələbələrinin iştirak etdiyi tədbirdə rektor Səadət Əliyeva təbrik nitqi ilə çıxış edib. Tədbirdə qeyd olunub ki, bakalavriat pilləsində bu il 3 fakültə və 15 ixtisas, magistratura pilləsində isə 8 ixtisas və 17 ixtisaslaşma üzrə qəbul aparılıb. Tələbə qəbulunun həm keyfiyyət, həm də kəmiyyət rəqəmlərində bu il də yüksək göstəricilərə nail olunub. Universitetin inkişaf tempi artan xətt üzrə davam edir. Bu gün başlayan yeni tədris ili də Azərbaycan Universiteti üçün çox mühüm yeniliklərlə yadda qalacaq.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbələri və universitet kollektivini təbrik edib, uğurlar arzulayıb. Rektor çıxışında Azərbaycan Universitetinin tələbələr üçün yaratdığı imkanlar haqqında məlumat verib, birinci kursa başlayan tələbələrin həyatında yeni bir mərhələ başladığını vurğulayaraq tələbəlik illərini səmərəli keçirmələri üçün onlara öz tövsiyələrini verib.
Səadət Əliyeva bildirib ki, Azərbaycan Universiteti elm və texnologiyaya əsaslanan güclü infrastruktura malikdir. 28 illik tarixi olan Universitet elm və təhsilin inkişafı istiqamətində qətiyyətli addımlar atır. Ali təhsilin hər üç pilləsində kadr hazırlığı aparılır. Güclü və geniş beynəlxalq əlaqələrə malik universitet istedadlı və yüksək göstəricilərə nail olan tələbələrə təhsillərinin müəyyən hissəsini xarici tərəfdaş universitetlərdə oxumağa imkan yaradır. Tələbələr 4 ilin sonunda qəbul olduqları ixtisasın diplomu ilə yanaşı ikinci ixtisas üzrə əlavə təhsil alaraq ikinci diplom, eyni zamanda beynəlxalq dil və kompüter sertifikatı da ala biləcəklər.
Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov, İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev çıxış edərək Azərbaycan Universitetini seçdikləri üçün tələbələrə təşəkkür edib, universitet kollektivinin bu etimadı doğrultmaq üçün çalışacağını, universitetin tələbələrə təkcə kitabxana, auditoriya, laboratoriya, imtahan deyil, həm də aktiv tələbə həyatı vəd etdiyini bildiriblər.
Sonda rektor Səadət Əliyeva, elmi işlər üzrə prorektor, professor Yusif Qasımov, rektorun müşaviri, magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva tərəfindən qəbul aparılan ixtisaslar üzrə ən yüksək balla qəbul olan tələbələrə tələbə biletləri və onları ictimai nəqliyyatda bir illik gediş haqqı ilə təmin edən müvafiq elektron kartlar təqdim olunub.
2019/2020-ci tədris ilində Azərbaycan Universitetinə ən yüksək balla qəbul olan tələbə Zivər Məmmədova Şəhid Fəxrəddin Qurbanlı təqadünü də alacaq. Zivər Məmmədova Tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alır.
Digər tələbələrin tələbə biletləri isə dekanlar tərəfindən təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində yeni tədris ili başladı

Azərbaycan Universitetində yeni tədris ili başladı

Azərbaycan Universitetində yeni tədris ili başladı

Azərbaycan Universitetində yeni tədris ili başladı

Oxşar xəbərlər