“Xəzana tərif” şeirlər kitabı türkiyəli oxuculara təqdim edilib

“Xəzana tərif” şeirlər kitabı türkiyəli oxuculara təqdim edilib Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının İstanbulda ikinci dəfə nəşr edilən “Xəzana tərif” (“Hazana övgü”) şeirlər kitabının Erciyes Universitetində təqdimat mərasimi keçirilib.
Tədbirdə Erciyes Universitetinin professoru Sevinc Üçgül Hamlet İsaxanlının həyat və yaradıcılığı haqqında məlumat verib. Kitabın tərcüməçisi, şair-yazar İmdat Avşar Hamlet İsaxanlının şeirlərinin türk oxucuları üçün özəlliyindən bəhs edib.
Tədbirdə Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Ədəbiyyat fakültəsinin tələbələri onun seçmə şeirlərini söyləyiblər. Sonra Hamlet İsaxanlı şeirlərini oxuyub, müəllimlərin və tələbələrin suallarını cavablandırıb və öz imzası ilə kitablarını oxuculara təqdim edib.
Qeyd edək ki, Hamlet İsaxanlının Niğde Ömer Halisdemir Universitesində görüşü və imza günü keçiriləcək.

Mətbuat Xidməti

Oxşar xəbərlər