UNEC-in Zaqatala filialında “Oriyentasiya günü”

UNEC-in Zaqatala filialında “Oriyentasiya günü” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında yeni qəbul olunan tələbələr üçün ilk dəfə “Oriyentasiya günü” keçirilib.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradovun yeni qəbul olan tələbələrə ünvanlandığı təbriki səsləndirilib.
Sonra filialın direktoru, professor Orucəli Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Əhmədov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıblar .
Tədbirdə yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.
Filialın tədris binasında təşkil olunan “Oriyentasiya günü”ndə birinci kurslara dekanlıq, kafedra, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatları, kitabxana resursları barədə ətraflı məlumat verilib.
Tələbələr auditoriyalar, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman zalı və akt zalı ilə tanış olublar.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər