UNEC-in Zaqatala filialında 27 sentyabr – “Ümumdünya Turizm Günü” qeyd olunub.
“Turizm və otelçilik” ixtisasında təhsil alan I kurs tələbələri “Bir günlük turist” şüarı ilə Zaqatalanın turizm bölgələrinə səfər ediblər.
Qədim “Alban kilsəsindən” başlayan gəzinti, Zaqatala Dövlət Qoruğu, Car kəndində yerləşən Cingözqala ilə davam edib. Filialın müəllimləri Qüdrət Qırtımov və Pərvanə İsmayılova “turist tələbələrə” Zaqatalanın turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malik olduğunu qeyd edib, onlara tarixi abidələr barədə ətraflı məlumat veriblər. Müəllimlər Zaqatalanın müxtəlif dövrlərə aid 108 tarixi və memarlıq abidələri ilə zəngin olduğunu diqqətinə çatdırıblar. Dövlət Təbiət Qoruğunun Cənubi Qafqazda yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardan olduğunu xüsusi vurğulayıblar.
“Bir günlük turist”lərin Zaqatalanın turizm bölgələrinə səfəri maraqlı anlarla yadda qalıb.
UNEC-in Mətbuat Xidməti