Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Əfqan Abdullayevin “Dünya universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər” məqaləsini təqdim edirik.
Bu yaxınlarda Times Higher Education həftəlik jurnalının nəşr etdirdiyi dünya universitetlərinin reytinqi (tədris mühiti, elmi-tədqiqat mühiti, istinadlar əmsalı, sənaye ilə əlaqə, beynəlxalq əlaqələr göstəricilərinə görə) bizə müəyyən məsələləri təhlil etmək imkanı verir.
Builki reytinq 1400-dən çox universiteti əhatə etmişdir və ilk dəfə olaraq Maltadan, Brüneydən, Vyetnamdan, Kubadan, Monteneqrodan da universitetlər reytinqdə özlərinə yer almışlar.
Qeyd etmək lazımdır ki, qlobal ali təhsil son zamanlarda sürətlə inkişaf edib. Bir statistikanı nəzərə çatdırmaq yerinə düşər ki, 2000-2014-cü illərdə tələbələrin sayı dünya üzrə iki dəfədən çox artaraq 207 milyona çatmışdır ki, bu da dünya əhalisinin sayı nisbətində (7.7 milyard əhali) çox da böyük görünmür. UNESCO-nun hesabatında qeyd olunur ki, qlobal ali təhsillə əhatə olunma 19%-dən 34%-ə qalxmışdır.
Bu genişlənmə ilə yanaşı bir çox universitetlər hər bir professor-müəllim heyətinə düşən elmi-tədqiqat nəşrlərinin sayını bir çox sahələr üzrə nəzərəçarpacaq dərəcədə artıra bilmişlər. Bu da beynəlxalq əlaqələrin gücləndirilməsi, yeni-yeni infrastrukturun yaradılması və yeni maliyyə mənbələrinin təhsilə investisiyası nəticəsində mümkün olmuşdur.
Bəzən adama elə gəlir ki, sayın çox olması ali təhsil üçün, universitetin göstəriciləri üçün yaxşıdır. Amma dünyada yüksək reytinqli universitetlərə ilkin bir nəzər salsaq, bünun heç də belə olduğu hiss olunmur. Məsələn, Kaliforniya Texnologiya İnstitutunda (Caltech) 349 nəfər professor-müəllim çalışır, 2240 tələbə təhsil alır, 6 akademik struktur fəaliyyət göstərir. Son 25 ildə instituta hər il ancaq 1 nəfər müəllim işə qəbul olunub. Universitetin əsas məqsədi kəmiyyət yox, keyfiyyət dalınca getməkdir. Sual isə belədir onlar üçün: Biz nəyi edirik, nəyi etmirik? Məhz bunun nəticəsidir, Kaliforniya Texnologiya İnstitutu 2020-ci ildə dünya reytinqində 3 pillə irəliləyərək 2-ci yerə qalxıb. Xüsusilə beynəlxalq əlaqələrinə görə, beynəlmiləl mühit yaratdıqlarına görə, həm bu institut, həm də Massaçusets Texnologiya İnstitutu (MTİ) mümkün olan 100 baldan 80 bal toplamışlar. MTİ isə reytinqdə 5-ci olmuşdur.
Kiçik universitet olmağın üstünlüklərindən biri də budur ki, insanlar belə mühitdə bir-biri ilə rahat danışa bilirlər, bürokratik əngəllər az olur. Saysız-hesabsız tələbənin olması, universiteti daha çox biznesyönümlü edir, düşünürlər ki, çox adamla çox iş görmək olur. Adətən, kiçik həcmli universitetlərdə sahə dəyişməsi, kafedra-departament dəyişməsi qeyri-adi hal kimi qəbul olunmur. Mütəxəssis harda özünü daha yaxşı hiss edirsə orda da işləməyinə şərait yaradılır.
Tələbə-müəllim nisbətinin də aşağı olması keyfiyyətli təhsildə mühüm amil kimi qiymətləndirilir. Kaliforniya Texnologiya İnstitutunun anti-inkişaf (yəni həcmcə böyümə) modeli qeyri-adi olsa da, qəribə görünsə də, qeyd etmək lazımdır ki, ABŞ-dan olan universitetlərin ilk üçlüyündə olanlar tarixən texnologiya-istiqamətli təhsil müəssisələridir – Əvvəlki iki instituta Stanford Universitetini də əlavə etsək.
Siyahıda Oksford Universiteti 1-ci, Kembric Universiteti isə 3-cü olmuşdur. Bu iki ölkə universitetləri baxmayaraq ki, son bir neçə ildir reytinq cədvəlinə liderlik edirlər, təhlillər göstərir ki, onlar öz yerlərini getdikcə itirirlər. Məsələn, builki reytinqdə ABŞ-ın 60 universiteti ilk 200 ən yaxşı universitet arasındadırsa, bu rəqəm 2016-cı ildə 63 olmuşdur. Böyük Britaniya isə daha çox geriləmişdir – müvafiq olaraq 2016-da 34 universitet, 2020-də 28 universitet ilk 200-lüyə daxil olub.
Əvəzində Çin universitetləri daha yaxşı inkişaf etmişdir. İlk dəfə olaraq Asiyadan ilk 100-lüyə daxil olan iki universitet Çindən olmuşdur – Tsinqua Universiteti (23-cü) və Pekin Universiteti (24-cü). Çin Universitetləri daha çox yüksək reytinqli nəşrlərin sayına görə irəliləmişdir. Həmçinin, həmin universitet alimlərinin nəşrlərinə daha çox istinad əmsalı olmuş və bu universitetlərdə beynəlxalq tədqiqatçılara geniş yer verilmişdir.
Hindistanın nəhəng ali təhsil sisteminin, sürətlə böyüyən iqtisadiyyatının, ingilisdilli tədris dilinin və az ucuz təhsili olmasına baxmayaraq, xarici müəllim və tələbə cəlb olunması istiqamətində işlər həddən çox zəifdir.
Reytinqdə yer alan 56 Hindistan universiteti tələbələrinin 2%, müəllim heyətinin isə 1.5% ölkə xaricindəndir. 26 universitetdə isə heç bir nə xarici tələbə, nə də xarici müəllim vardır, baxmayaraq ki, bunun üçün Hindistanda çox gözəl mühit – ingilis dili mühiti vardır. Burada bir maraqlı məqamı da vurğulamaq yerinə düşər ki, (bu proses əksinə daha yaxşı gedir), yəni çoxlu hindistan tələbələri və müəllimləri xaricə üz tuturlar.
Reytinqdə ən çox təmsil olunan ölkələr – ABŞ 172, Yaponiya 110, Böyük Britaniya 100, Çin 81 universitet. Avstraliyadan isə ilk 200-lüyə 11 universitet daxil olmuşdur (2016-cı ildə 8 universitet).
Almaniya universitetləri də son 15 ildə öz reytinqlərini yüksəldə bilmişlər. 200 top universitet arasında 23 alman universiteti vardır ki, bu da 2016-da olandan (20) çoxdur. Bu artım onunla izah olunur ki, dövlət 2005 -2017-ci illərdə alman universitetlərinə əlavə maliyyə dəstəyi vermişdir.
Avropada yüksək reytinqli universitetlər sırasında Danimarkadan iki universitet –Kopenhagen Universiteti (101-ci) və Aarhus Universiteti (115-ci) olmuşdur. Hər iki universitetdə reputasiya və istinad əmsalları çox yüksək olmuşdur. Kopenhagen Universitetində beynəlxalq tədqiqatçıların faizi keçən 10 ildə 18%-dən 38%-ə qalxmışdır.
Kanadanın 7 universiteti 200-lüyə daxil olmuşdur. Toronto Universiteti 18-ci yerdə olmuşdur. Britaniya Kolumbiyası Universiteti 34-cü yerdə qərar tutmuşdur. 500 universitet sıralanmasında 18 Kanada universiteti yer almışdır ki, bunların da 15-də beynəlmiləlləşmə əmsalı (xarici tələbə, müəllim və nəşrlər) yüksək olmuşdur. ABŞ-da olan mübahisəli immiqrasiya siyasətindən Kanada universitetləri artıq yararlanmağa başlamışlar. Yəqin bu gün ABŞ-da yaddan çıxardıblar ki, fundamental elm sahələri üzrə 35% Nobel mükafatını qazanan amerikalıların hamısı xaricdə, ABŞ-dan kənarda doğulmuşlar.
Reytinqin müəyyənləşməsində diqqət çəkən odur ki, indi daha çox nəticə-yönümlu kriteriyalara yer verilir. Universitetlərin tədris reputasiyası, tədqiqat reputasiyası qiymətləndirilmədə mühüm rol oynamışdır. Çünki, tədris müəssisəsinin nüfuzu, imici qiymətləndirmədə öz sözünü deyir.
Reytinq müəyyənləşdirilən zamanı müxtəlif dünya universitetlərində işləyən təxminən 11000 elmi-tədqiqatçıdan xahiş olunmuşdur ki, öz sahələri üzrə ən yaxşı elmi-tədqiqat və tədris olan 15-ə qədər dünya universitetinin adını qeyd etsin. Reputasiya və yaxşı tədrisə görə ilk üçlük ABŞ universitetlərinə (Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu və Stanford Universiteti), verilmişdir.
Süni intellekt, robototexnologiya, 3D nəşrlər kimi sahələr son 10 ildə daha çox universitetlərin elmi-tədqiqatlarına yol tapmışdır. Apple, Samsunq, HP, Alibaba, Volvo, BMW, Mercedes və sair bu kimi sənaye nəhəngləri universitetlərlə yaxından əməkdaşlıq etmək üçün maraq göstərirlər. Bu da məzunların gələcəkdə işlə təminatı məsələsinə yaxşı hədiyyədir.
Son olaraq belə bir tezislə razılaşırıq ki, təhsildə beynəlmiləl mühitin yaradılması tələbələrin qloballaşmış dünyaya hazırlanmasında çox mühüm amildir. Bu eyni zamanda rəqabətin gücləndirilməsinə, hesabatlılığın, şəffaflığın təmin olunmasına və nəhayət, universitetin reytinqinin artmasına təsir edən göstəricidir. Ümid edirik ki, Azərbaycan universitetləri də onlara yaradılan imkanlardan istifadə etməklə belə bir mühitin – beynəlmiləl akademik mühitin yaradılması istiqamətində daha çox uğurlara imza atacaqlar.
ADU-nun Mətbuat Xidməti