Xəzər Universitetində yeni təhsil proqramına start verilir

Xəzər Universitetində yeni təhsil proqramına start verilir Xəzər Universitetində “Data Science” üzrə birillik təhsil proqramına start verilir.
Beynəlxalq təcrübəyə malik peşəkar müəllimlər tərəfindən hazırlanmış təhsil proqramı özündə bu sahənin bütün zəruri məlumatlarını toplayaraq hər bir tələbəyə “Data Science” sahəsində lazımi və əsas biliklərə yiyələnməyə və bu bilikləri təcrübədə istifadə etməyə imkan yaradacaq. Əsas məqsəd ölkəmizdə və regionda məlumat əsaslı texnologiyaların inkişafına təkan vermək və bu sahədə yeni mütəxəssislər yetişdirməkdir.
Qeyd edək ki, “Data Science” məlumatların toplanılmasına, onların müxtəlif statistik və riyazi analiz proqramları ilə analiz olunaraq nəticələrin əldə edilməsinə, bu nəticələr ilə önəmli qərarların verilməsinə xidmət edir. ”Data Science” üç əsas elmdən - riyaziyyat, statistika, informasiya və texnologiya elmlərindən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər