Fizika İnstitutu "Web of Science”də əsas nəşr lideri» seçilib

Fizika İnstitutu Dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science”də əsas nəşr lideri nominasiyası üzrə supermükafata layiq görülüb. Bundan başqa, tədqiqatçılar arasında təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiya üzrə:
1.AMEA Fizika İnstitutunun “Kristalloqrafiya” laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev
2. “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə mükafata layiq görülüblər.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Fizika İnstitutu "Web of Science”də əsas nəşr lideri» seçilib
Fizika İnstitutu "Web of Science”də əsas nəşr lideri» seçilibFizika İnstitutu "Web of Science”də əsas nəşr lideri» seçilib

Oxşar xəbərlər