2018-ci il 9-14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA: International Association for Educational Assessment) və Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Qiymətləndirmə və böyük data” mövzusunda IAEA-nın 44-cü illik konfransı təşkil olunacaq.
Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcək. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, alt mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan v s. haqqında iştirakçılara məlumat veriləcək. Konfransda, həmçinin Mərkəzin əməkdaşı qiymətləndirmə zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması mövzusunda məruzə ilə çıxış edəcək, digər əməkdaş isə konfransın sessiyalarının birində moderatorluq edəcək.
Bu il Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi tərəfindən keçirilən konfrans zamanı aşağıdakı mövzular üzrə elmi təqdimatlar ediləcək:
• təhsilin qiymətləndirməsində böyük və kiçik həcmli dataların (məlumatların) istifadəsi;
• böyük data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti. Dünya praktikasından nümunələr;
• böyük data – qiymətləndirmə metodlarında yeni üsullar;
• böyük data – mövcud qiymətləndirmə prosesləri və imkanları;
• böyük data – validlik və relevantlıq məsələləri;
• böyük data – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər.
Konfransın spikerləri İngiltərə, Amerika, İsrail, Çin, Sinqapur, Norveç və digər ölkələri təmsil edirlər. IAEA-nın 44-cü illik konfransı haqqında geniş məlumatı keçiddən əldə edə bilərsiniz (www.iaea2018.org).
Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.
IAEA haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz: www.iaea.info
Xatırladaq ki, DİM uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Tehsil-press.az