Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.

Tehsil-press.azQ

Oxşar xəbərlər