Bakıda 54 yaşlı qayınana böyrəyini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə bağışlayıb.
Əməliyyatı aparan cərrah Rəşad Şolan bildirib ki, xəstənin vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli imiş:
“Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi. Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldı. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!”.
Tehsil-press.az