Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi

Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib.
Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.
Q.İsmailinin sözlərinə görə, H.Firudin haqda 7 il həbs qərarı verilmişdi. Lakin Apelyasiya məhkəməsi cəzanı 5 ilə endirib.
Sözçü əlavə edib ki, digər cəzalar yəni nağd cərimə və aldığı rüşvət - 310 milyard rial (təxminən 7,38 milyon dollar) isə ödənilməlidir.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin may ayında korrupsiyada ittiham olunaraq saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər