Litva Respublikasının Sosial Təminat və Əmək naziri Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı ziyarət olunub.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litva Respublikasının Sosial Təminat və Əmək naziri Linas Kukuraitis ilə görüş olub.
Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.
Bildirilib ki, DOST mərkəzi hər gün orta hesabla 400-450 vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərilir. Aparılan sorğu nəticəsində müəyyən edilib ki, göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 94 faizdən çoxdur. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.
Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.
Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. O, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən “Məşğulluq” alt sistemindən, bu altsistemin əmək bazarı üçün faydalarından, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan “e-sosial” internet portalının əhəmiyyətindən bəhs edib.
Litvalı nazir Linas Kakuraitis ölkəmizdə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Əlavə edib ki, sosial təminat sisteminin avtomatlaşdırılması, DOST layihəsi kimi mükəmməl bir konsepsiyanın tətbiqi ölkənin bu istiqamətdə uğurla fəaliyyət göstərməsinin göstəricisidir.
Daha sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və sözügedən əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib, ikitərəfli əlaqələrin daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Tvinninq layihəsi çərçivəsində əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi məqsədilə Litvalı ekspertlər tərəfindən dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə də gedərək, burada yaradılan şəraitlə və əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri ilə tanışlıq olub.
Tehsil-press.az