Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarovun “Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” kitabı nəşr olunub.
Elmi şuranın qərarı ilə çap edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev, rəyçiləri iqtisad elmləri doktoru, professor Yadulla Həsənli və iqtisad elmləri doktoru, professor Yaşar Kəlbiyevdir.
Kitab ali məktəblərdə ekonometrika, iqtisadi informatika, statistika, gömrük statistikası və informasiya texnologiyaları, əməliyyatlar tədqiqi fənlərinin tədrisində istifadə, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Tehsil-press.az