Yeni kitab: “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları”

Yeni kitab: “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” AMEA-nın Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Arif Bünyadovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” monoqrafiyası nəşr olunub.
Monoqrafiyada dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır. Kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə professorlar Əziz Məmmədov və Əli Abasovdur.

Tehsil-press.az

Oxşar xəbərlər