Kainatın sirri çözülür: Su belə yaranıb – Yeni nəzəriyyə

Kainatın sirri çözülür: Su belə yaranıb – Yeni nəzəriyyə Elm adamları kainatın yaranma prosesində su molekullarının necə əmələ gəlməsinə dair yeni bir nəzəriyyə ortaya atıb.
Araşdırmaçılar su molekullarını asteroidlərə zərblə çırpılan Günəş küləkləri ortaya çıxarıb.
Elm adamlarına görə, şiddətli küləklər meteorit və Ayın səthində suyun əmələ gəlməsinə səbəb ola bilər. Bu prosesin kosmos boşluğunda baş verməsi də mümkündür.
Yeni nəzəriyyəyə görə, günəş küləkləri oksigen və hidrogen atomlarını birləşməyə məcbur edir, beləliklə su molekulları ortaya çıxır.
Meteoritlərdə həyatın yaranmasında dair bir çox fundamental faktorların olduğu məlumdur.
“Webtekno”-da dərc olunan məqalədə bildirilir ki, bu araşdırma vasitəsilə kainatın uzaq bölgələrində də həyatın necə yaranmasına dair bir sıra faktlar əldə etmək mümkün olacaq.
Araşdırmaçılar bunu 50 il əvvəl Avstraliyanın Pert şəhərinə düşən bir meteoritdən əldə edib. Elm adamı Katerina Milijkoviç bu kəşfin önəmli olduğunu, çünki suyun kosmosda həyatın üçün vacib faktor olduğunu deyir.
Bu araşdırmanın nəticəsi həyatın olduğu ehtimal edilən 10 böyük planetin kəşf olunmasından sonra əldə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər