İqlim dəyişkənliyi və onun coğrafi nəticələri

İqlim dəyişkənliyi və onun coğrafi nəticələri İqlim dəyişkənliyi haqqında mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Qeyd etməliyəm ki, iqlim dəyişkənliyinin səbəbləri haqqında müxtəlif nəzəriyyələr irəli sürülür. Bütün bunları hmiş diqqətlə izlyirəm. Eyni zamanda iqlim dəyişkənliyi hər bir insanı narahat edən məsələdir. İqlim dəyişkənliyinin səbəblərini düzgün müəyyən etmək üçün diqqətli və uzun müddətli müşahidələrin aparılması vacibdir.
Kənd yerində yaşadığım üçün cansız və canlı təbiət amilləri ilə həmişə daha çox təmasda olmuşam. Buna görə də həmişə ciddi müşahidələr aparıb, müəyyən nəticələrə nail olmuşam. Mənə məlum olan elmi faktları və müşahidələri sizinlə bölüşmək istərdim.
Məlum olduğu kimi Yer kürsi 4,5-5 mid. il bundan əvvəl qaz-toz dumanlığndan əmələ gəlmişdir. Digər planetlərlə birlikdə Yrin əmələ gəlməsi haqqında da müxtəlif nəzəriyyələr vardır. Bildiyimiz kimi bütün planetlər böyük partlayış dövründə günəşdən ayrılmışdır. Yarandığı ilk vaxtlarda Yerdə həyat olmamışdır. O zaman Günəş daha parlaq və isti olmuşdur. Vaxt öldükcə günəşdə gedən fifiki-kimyəvi proseslər, Yerin və bütünlüklə Günəş sisteminin hərəkəti nəticəsində Yer kürəsində iqim formalaşmışdır. Məhz həmin vaxtdan iqlimin formalaşması prosesi ilə yanaşı, iqlimin dəyişkənliyi baş verməyə başladı.
İqlim dəyişkənliyini Yer üzərində həyatın inkişaf tarixini özündə əks etdirən Geoxronoloji cədvəli öyrənməklə daha çox məlumat almaq mümkündür. Katarxey erası Yerin formalaşması dövrüdür. Bu era 4 milyard il bundan əvvəli əhatə edir. Heç bir həyat izi olmamışdır.
Arxey erası 3,5 milyard il əvvəli əhatə edir. Bu erada fotosintezin yaranması, birhüceyrəli orqanizmlərin yaranması və s. Günəşdə gedən kimyəvi proseslərlə əlaqədar olmuşdur. Məhz bundan sonra iqlim dəyişkənliyi baş vermiş, canlı orqanizmlərin sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru inkişaf başlamışdır. Yeri gəlmişkən qeyd etməliyəm ki, təkamül təlimi, orqanizmlərin qurluşca mürəkkəbləşməsi səbəbləri haqqında müxtəlif nəzəriyyələr vardır. Geoxronoloji cədvəli diqqətlə öyrənməklə aydın olur ki, iqlim dəyişkənliyi qanunauyğun proses olub, Yer üzündə üzvü aləmin yaranması və inkişafına səbəb olmuşdur. Dünya okeanı və relyefin yaranması iqlim elementlərinin yaranması ilə nəticələnmişdir. Bütün bunlar isə coğrafi enlikdən asılı olaraq da dəyişməsinə səbəb olmuşdur.
Praterozoy erasnda ilk xordalıların yaranması da iqlim dəyişyənliyi ilə əlaqədardır. Polezoy erası Kembri, Ordovik, Silur, Devon, Daş, Kömür, Perm dövürlərinə bölünür. Hər bir dövrdə bitki və heyvanlar aləmində baş verən dəyişikliklər iqlim dəyişkənliyi ilə əlaqədardır.
Mezazoy erası Trias, Yura və Tabaşir dövrlərinə bölünür. Bu dövrlərdə iqlimin dəyişkənliyi əvvəlki dövrlərdə misbətən daha güclü olmuşdur. Bu isə daha mürəkkəb qurluşlu canlı orqanizmlərin yaranmasına səbəb olmuşdur.
Kaynazoy yeni həyat erasıdır. Bu era Paleogen, Neogen və Antropogen olmaqla üç dövtə bölünür. Paleogendən başlayaraq iqlimin dəyişməsi davam etmişdir. Soyuq iqlim şəraiti yaranmışdır. Eyni zamanda Kaynazoyda müasir qitələr və dənizlər yaranmışdır. Neogen və Antropogen dövrlərində Skandinaviyada buzlaşma
başlanmışdır. Buradan sürüşən buzlar bütün canlıları məhv etmişdir İqlim dəyişkənliyi ilə paralel olaraq relyefdə də dəyişikliklər baş vermişdir. Bu isə bitki və heyvanlar aləminin dəyişməsinə gətirib çıxartmışdır. Quşların və məməlilərin daha çox inkişaf etməsi şəraitin müxtəlifliyi ilə əlaqədar olmuşdur. Məməlilərin inkişafı ilə əlaqədar yeni heyvan qruplarının yaranmasına səbəb olmuşdur. BeləlikləPaleogen dövründə primatlar yaranmışdır. Bu isə Antropogen dövründə insanın əmələ gəlməsi ilə nəticələnmişdir.
Göründüyü kimi iqlim dəyişkənliyi Yer kürəsində həmişə qanunauyğun proses olmuşdur. Məhz bunun nəticəsində şüurlu insan əmələ gəlmişdir. Təkamül nəticəsində insan formalaşmş və müasir görkəm almışdır.
Görəsən iqlim dyişkənliyinin müasir dövrdə səbəbləri və nəticələri hansılar olacaqdır? Yuxarıda qeyd olunanlara əsasən iqlim dəyişkənliyinin səbəbləri haqqında müəyyən fikirlər söyləmək mümkündür. Fikrimcə əsas səbəb günəşdə gedən proseslərdir. Belə ki, günəş təkamülünün ilk vaxtlarında nüvə reaksiyası xarakterik olmuşdur. Məhz hidrogenin heliuma və heliumun hidrogenə çevrilməsi günəş təkamülünün əsasını təşkil etmişdir. Sonralar günəşdə alışmalar güclənmiş və bu da yerdə iqlim dəyişkənliyinə səbəb olmuşdur. Alışmalar getdikcə güclənib iqlimin daha da kəskin dəyişməsinə səbəb olacaqdır.
Yeri gəlmişkən qeyd etməliyəm ki, Kainatın elə nöqtələri var ki, orada maddi varlıqlar yalnız hidrogen elementindən təşkil olunmuşdur. Həmin varlıqlarda şüur yoxdur. Lakin hərəkət, rabitə funksiyasının yerinə yetirə bilirlər. Onlar elektronun hərkət sürəti ilə yerə gəlib-gedə bilirlər.
İqlim dəyişkənliyi ən əvvəl kontinentallığın artmasına səbəb olacaqdır. Bu isə Yerin bitki örtüyünün məhvi ilə nəticələnəcəkdir. Havada karbon qazının miqdarı çoxalacaqdır. Çox böyük ərazilər səhralara çevriləcəkdir. Tektonik hərəkətlər güclənəcəkdir. Avrasiya materiki iki hissəyə ayrlacaqdır. Okean səviyyəsindən aşağı olan ərazilər su altında qalacaqdır. Temperatur və hərarətin yüksəlməsi üzvi aləmin mhvi ilə nəticələnəcəkdir.
Yeni şəraitə uyğunlaşan canlılar salamat qalacaqdır. İnsanların salamat qalacaqdır. İnsanların salamat qalması onların yeni şəraitə necə münasibətindən asılı olacaqdır. Ona görə də bütün elmi imkanlar üzvi aləmin qorunmasına səfərbər edilməlidir.

Tahə İbrahimov,
Ağsu rayon, İlxıçı kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər