Şagirdlər biliklərin real həyatda necə tətbiq ediləcəyini praktik olaraq öyrənəcəklər
Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivində yerləşən Füzuli rayonu 50 nömrəli tam orta məktəbin uğurları ilbəil artmaqdadır. Təhsil müəssisəsində təhsilin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin nailiyyətlərinin artırılması istiqamətində mühüm işlər aparılır. Çalışırıq ki, hər zaman təhsil sahəsində uğurlarımız ilə tanınaq. Bunun üçün isə müəllimlərimiz öz işinə daha yaradıcı yanaşır, şagirdlərin yüksək təlim almaları üçün daim öz üzərlərində çalışırlar. Rəhbərlik etdiyim təhsil müəssisəsi hər zaman beynəlxalq təcrübələrə önəm verir, Təhsil Nazirliyinin həyata keçiridiyi layihələrdə, müsabiqələrdə fəallıq göstərir. Belə ki, 11 yanvar 2018-ci ildə Təhsil Nazirliyi, Böyük Britaniya hökuməti və “British Council” təşkilatının dəstəyi ilə məktəbimizdə İngilis dili Resurs Mərkəzi açılıb. Onu da qeyd edim ki, təhsil müəssisəsində açılan mərkəz təşkilatın sayca 12-ci ingilis dili mərkəzidir. İngilis dili Resurs Mərkəzinin açılışında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah və digər şəxslər iştirak ediblər.
Məktəbimizdə fəaliyyət göstərən mərkəzin əsas məqsədi müəllim və şagirdlərin ingilis dili bacarıqlarının, xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Mərkəzimiz ingilis dilinin öyrənilməsi üçün zəngin kitab resursları, audio və video materiallar, jurnallar, elektron resurslar və bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Burada çalışan müəllimlər 4 ay müddətində təlimlərdə iştirak edib və xüsusi metodlara yiyələniblər.
Bundan başqa, 2018-2019-cu dərs ilində keçirilən pedaqoji mühazirələrdə təhsil müəssisəsinin rəhbəri kimi “Ümumi təhsilin idarə olunmasının təkmilləşdirilməsi” mövzusunda təqdimat edərək I yerə layiq görülmüşəm.
Növbəti uğurlu işimiz 2018-2019-cu tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmağımızdır. Onu da qeyd edim ki, bizim məktəb həmin müsabiqənin 2017-ci ildə də qalibi olub.
Bu dəfə müsabiqəyə aktual bir mövzu- “Sabaha uzanan əllər-Robotexnika Mühəndisliyi Akademiyası” adlı layihə ilə qatıldıq və yenidən qalib olduq. Valideynlər reallığı qiymətləndirərək görürlər ki, dünyanın nəbzi texnika sıçrayışı ilə vurur və övladlarını daha çox bu sahəyə istiqamətləndirirlər. Bu yeni tendensiya axınında cəmiyyətə texniki elmlərə yiyələnmiş mütəxəssislərə humanitar biliklərə yiyələnmiş gənclərdən daha çox ehtiyacın olacağı proqnozlaşdırılır. Odur ki, dünya təhsili də texniki elmlərə xüsusi önəm verir.
Mühəndislik təhsilinə diqqətin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müasir və innovativ biliklərə sahib mühəndislərin hazırlanmasında universitetlərin rolunun yüksəldilməsi mövcud zamanın əsas tələblərindəndir. Bu amillə paralel olaraq addımlaması vacib olan mühəndislik təhsilinin əsas hissəsini də uşaq mühəndisliyi tutur. Azərbaycanda bütün sahələrdə olduğu kimi, mühəndislik sahəsində də uğurlu işlər həyata keçirilməkdədir. Ölkəmizdə təməli atılmış, fəaliyyətini uğurla davam etdirən və qısa zamanda Təhsil Nazirliyinin rəğbətini qazanaraq bir çox məktəblərin ən vacib daxili dərnək və məktəbdən sonra praktiki çalışma proqramına çevrilən layihələrdən biri də Robot texnologiyalarının tədrisdə tətbiqidir.
Bu gün respublikada robotexnika dərsləri daha çox şəhər məktəblərində həyata keçirilir. Bir çox istedadlı şagirdlərimiz belə layihələrdən kənarda qalmış olur. Biz bu layihəni hazırlayarkən Bakıdan uzaqda yerləşən məcburi köçkün məktəblərinin, xüsusi ilə Füzuli rayonu məktəb şagirdlərinin bu sahədə bilik və bacarıqlarının artırılmasını düşünürdük.
Həyata keçirdiyimiz layihənin əsas məqsədi:
* Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması;
* Rəqəmsal məktəb mühitinin formalaşdırılması;
* Şagirdlərimizin Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıqla bağlı bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etmək;
* Pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması.
Layihəmiz avqustun 20-dən başlayıb və bu ilin dekabrın 20-dək davam edəcəkdir.
Layihə çərçivəsində görüləcək işlər
Layihə çərçivəsində artıq bir neçə işlər görülmüş və digər işlərmizi də fəaliyyət planına uyğun həyata keçirməkdəyik. Belə ki, ictimaiyyəti məlumatlandırmaq üçün “dəyirmi masa “ və layihənin geniş təqdimatı təşkil olunub. Növbəti işimiz bu layihənin davamlılığını təmin etmək məqsədilə “Mars Academy” şirkəti və “Demokratik Gənclər” İctimai Birliyinin peşəkar mütəxəssisləri tərəfindən 10 müəllim üçün təlim keçirilməsi nəzərdə tutulur. Seçilmiş müəllimlərə eyni zamanda auditoriya ilə işləmək və digər bacarıqlar mövzusunda da xüsusi təlimlər keçiriləcək.
Müəllimlər STEAM təhsil metodu haqqında ilkin anlayışlarla tanış olmuş, mexanika və elektrik mühəndisliyi, telekommunikasiya, nəzarət və kompüter texnikalarını əhatə edən dizayn proseslərinin mexatronika sistemlərinə daxil edilməsi ilə bağlı məlumatlandırılıblar. Bundan başqa, Lego Mindstorm EV3 Robotları vasitəsi ilə sadə robot quraraq ilkin sadə əmrləri yerinə yetirmək üçün proqramlaşdırma və Robotexnika dərsləri mövzusunda xüsusi bilgilər verilmişdir.
Şagirdlər üçün təlimlər
Növbəti addım şagirdlər üçün təlimlərin keçirilməsi ilə bağlı olacaq. Layihə boyunca 7-10 (gənc mühəndis) və 11-14 (master mühəndis) yaş qrupları üzrə interaktiv təlimlər həyata keçiriləcək. Onu da qeyd edim ki, Elm, Texnologiyalar, Mühəndislik və Riyaziyyatın sirlərini öyrədən proqramlarımız daha əyləncəli olmaları ilə fərqlənir. Hər modul 6 dərsdən ibarət olaraq, 3 həftə ərzində keçiriləcəkdir.
Layihə çərçivısində “Robotexnika Mühəndisliyi Akademiyası” yaradılacaqdır. Bu akademya üçün bir otaq ayrılacaq və bütün avadanlıqlar yerləşdiriləcək. Təlimlər, dərslər burada olacaq. Adıçəkilən akademiya Füzuli rayonu 50 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək.Təlimlər isə “Mars Academy” şirkəti tərəfindən həyata keçiriləcəkdir.
Bizim proqramlar uşaqlara:
* layihə olimpiadalarına hazırlaşmaqda kömək edir;
* problem həll etmə qabiliyyətini öyrədir;
* düşünmə qabiliyyətini inkişaf etdirir;
* elmə və texnologiyalara həvəs yaradır;
* qrup halında işləmə qabiliyyətini artırır;
* elmi-texnoloji biliklərin real məsələlərə tətbiqini öyrədir;
* uşaqlarda öz bacarıqlarına güvəni artırır.
Bu layihədən gözləntilərimiz
Şagirdlərimiz dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcəklər. Gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar. Onlar əldə olunan biliklərin real həyatda necə tətbiq ediləcəyini praktiki olaraq görəcək və öyrənəcəklər. Şagirdlər həmçinin beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.
Müəllimlər isə bu qaydada dərslərini quraraq, beynəlxalq, yerli müsabiqələrə qoşularaq özlərini daha da inkişaf etdirəcəkdir.
Təbii ki, bunlar bütövlükdə məktəbdə təhsilin keyfiyyətində əsaslı dönüş yaradacaqdır.
Günel KAZIMOVA,
Füzuli rayonu 50 nömrəli tam orta məktəbin direktoru