“Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” adlı layihənin təqdimatı ilə bağlı “Dəyirmi masa” keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 36 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə nümayiş olunan layihə Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib.
Təbirdə Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər.
Tədbirdə layihənin məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, valideynlərin övladlarının dərs prosesini yaxından izləməsi, vaxtında məlumatlandırılması, rəqəmsal məktəb mühitinin formalaşdırılması, məktəbin pedaqoji heyətinin İKT sahəsində bilik və bacarıqlarının artırılması, inzibati idarəetmə heyətinin müasir təlim texnologiyaları vasitəsilə tədris prossesinə nəzarətinin gücləndirməsi layihənin əsas məqsədlərindəndir. Bundan əlavə, distant şəkildə tədris prosesinə nəzarət valideynlər tərəfindən daha da gücləndiriləcək.
Çıxış edən digər qonaqlar İKT-nin təhsilin inkişafındakı rolundan və sahədə aparılan məqsədyönlü işlərdən danışıblar.
Qeyd edək ki, layihə çərçivəsində Nərimanov və Binəqədi rayonlarında təlimlərin təşkil olunması, layihənin uzun müddət davam etməsi üçün Rəqəmsal Təhsil və Multimedia Mərkəzinin yaradılması nəzərdə tutulub.

BŞTİ-nin Mətbuat Xidməti