AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək. Tədbir ölkə başçısının “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamına əsasən təşkil ediləcək.
Sessiyada “Məmmədağa Şirəliyevin dilçilik fəaliyyəti”, “Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi”, “Məmmədağa Şirəliyevin məktəbi coğrafi dilçilikdə”, “Məmmədağa Şirəliyev və Azərbaycan dialektologiyasının aktual problemləri” mövzularında məruzələr dinləniləcək.
Qeyd edək ki, akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu var. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. O, respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf edib. Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.
Tehsil-press.az