Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı və Humanitar fənlər fakültəsində təhsil alan tələbələrin iştirakı ilə “Dilimiz, mənəviyyatımız!” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan dilçiliyinin formalaşmasında xidmətləri olan dilçi alimlər Ağamusa Axundov, Tofiq Hacıyev, Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Yusif Seyidov, Fərhad Zeynalov, Muxtar Hüseynzadə, Afad Qurbanov haqqında elmi məruzələr təqdim olunub, onların Azərbaycan dilçiliyi sahəsindəki xidmətləri işıqlandıırlıb. Çıxışlarda bildirilib ki, Azərbaycan dilçilik elminin keçdiyi tarixi yolların öyrənilməsi, inkişaf mərhələlərinin təhlil olunmasına dilçi alimlərimizin böyük rolu olub.
Tədbirdə tələbələr tərəfindən “Dilimiz - varlığımız, mənəviyyatımızdır” kontekstində ana dilimizi linqvokulturoloji baxımdan təsvir edən şeirlər və mahnılar ifa olunub. Bəxtiyar Vahabzadənin “Mərziyə” poemasından bir parça, Tofiq Bayramın “Ana dilim” şeiri, Xəlil Rza Ulutürkün “Mənim dilim”, “Ana dilim, türk dili” şeirləri, “Ana dilimizi sevək və sevdirək” mahnısı, dilimizin tarixinə, saflığına, qorunmasına həsr olunmuş digər ifa və çııxşlar alqışlarla qarşılanıb.
Tələbələr tədbirə kafedranın baş müəllimi Ülkər İbrahimovanın rəhbərliyində hazırlaşıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi