Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ulu Öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb.
Universitetin memarlıq fakültəsinin sonuncu kurs tələbəsi İsmayıl Hacıyevin fərdi yaradıcılıq sərgisi dahi şəxsiyyət Heydər Əliyevə həsr edilib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib, Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib. O, müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıdışı ilə xalqımızın köməyinə çatan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və ölkənin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Rektor istedadlı gənc rəssam, memar kimi İsmayıl Hacıyevin AzMİU-da bir neçə dəfə sərgisinin keçirildiyini deyib, bugünkü sərginin isə Ulu Öndərə olan ehtiramın xüsusi göstəricisi olduğunu qeyd edib.
İsmayıl Hacıyev universitetin rəhbərliyinə və sərginin iştirakçılarına təşəkkürünü bildirərək deyib: “Sərgidə nümayiş olunan əsərlər arasında Ulu Öndərin iş masasında təsviri yer alıb. Bu əsər mənim ümummilli lider Heydər Əliyevə olan ehtiramımın, dahi rəhbərlə bağlı fikir və hisslərimin ifadəsidir. Mən görkəmli dövlət xadimi Heydər Əliyevi iş başında göstərmək istəmişəm. Onun gözlərində gələcək, azad, firavan, təhlükəsiz Azərbaycanın xəyalı canlanır. Məhz onun görmək istədiyi Azərbaycan!”
Sonra sənətsevərlər gənc memarın əl işləri ilə tanış olublar. Sərgidə ən diqqətçəkən əsər Ulu Öndərin kətan üzərində yağlı boya ilə işlənmiş böyük portreti olub. Beş aya ərsəyə gələn rəsm əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Gənc memarın çövkənə, Qarabağ atına, Məkkəyə, Naxçıvandakı İlandağa həsr etdiyi rəsm əsərləri də qonaqlarda xoş təəssürat oyadıb.
Mayın 14-dək davam edəcək sərgidə İsmayıl Hacıyevin 30-a yaxın əsəri nümayiş olunur.

AzMİU-nun Mətbuat Xidməti