Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “North West Construction” şirkətinin tələbələr üçün təqdim etdiyi təqaüd proqramını qazanıblar.
Təqaüd proqramını AzMİU-nun memarlıq fakültəsinin tələbəsi Nailə Səfərli, inşaat fakültəsinin tələbəsi Tamerlan Rzayev, inşaat fakültəsinin “SABAH” qruplarının tələbələri Camal Məmmədov və Elnur Bediyev əldə ediblər.
Proqramı qazanan tələbələrə hər ay (6 ay müddətində) şirkət tərəfindən 150 manat təqaüd veriləcək. Proqramın yekununda tələbələr şirkətdə işlə təmin olunmaq imkanı əldə edəcəklər. Ümumilikdə iki mərhələdə keçirilən imtahanlarda iddiaçı tələbələrin ixtisas bilikləri ilə yanaşı, ingilis dili bilikləri də yoxlanılıb. AzMİU-dan birinci mərhələdə iştirak edən 62 tələbədən yalnız 12-si ikinci mərhələyə adlayıb. Onlardan 4-ü təqaüd proqramını qazanıb.
Qeyd edək ki, şirkətin təqaüd proqramı memarlıq, dizayn, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu torpaq və şəhər kadastrı, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, sənayenin təşkili və idarə olunması, biznesin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulub.

AzMİU-nun Mətbuat Xidməti