Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) təşkilatçılığı ilə “Prezident medalı” (“President medal exhibition of RIBA”) sərgisinin açılış mərasimi olub.
Mərasimdə Britaniya Memarları Kral İnstitutunun tədris üzrə direktoru Devid Gloster, Böyük Britaniyanın Reading Universitetinin memarlıq fakültəsinin dekanı Lorrein Farelli, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Böyük Britaniyanın ölkəmizdəki diplomatik səfirliyinin müavini, eləcə də ölkəmizin nüfuzlu memarları və şirkət nümayəndələri iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetdə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Sərginin Azərbaycanda ilk dəfə keçirildiyi diqqətə çatdırılıb. Rektor bildirib ki, AzMİU Britaniya Memarları Kral İnstitutu ilə çoxdan əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Britaniya Memarları Kral İnstitutunun nümayəndələri universitetdə olur, memarlıq fakültəsinin tələbələrinin əl işlərinə baxır, onlara tövsiyələr verirlər.
Devid Gloster çıxışında qeyd edib ki, “Prezident medalı” sərgisi 1836-cı ildən keçirilir. “RIBA” beynəlxalq mükafatının ən yaxşı memarlıq işlərinə verildiyini deyən D.Gloster bu günədək 35 ölkədə 300-ə yaxın işə baxdıqlarını deyib. Bildirilib ki, bu memarlıq işlərinin ən yaxşıları bürünc və gümüş medallarla mükafatlandırılıb. Çıxışının sonunda qonaq AzMİU-nun rektoruna hesabat kitabını və sərgiyə həsr olunmuş jurnalı təqdim edib.
Digər çıxış edənlər memarlıq fakültəsində təhsil alan tələbələr üçün belə beynəlxalq əhəmiyyətli sərgilərin keçirilməsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onların sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən isə “RIBA” beynəlxalq mükafatı təsis olunub.
Kəmalə Rəhimli