Aprelin 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda təsviri incəsənət kafedrasının təşəbbüsü ilə dizayn ixtisasında təhsil alan tələbələrin yay tədris təcrübə işlərindən ibarət sərgi açılıb.
Sərginin açılışında çıxış edən memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və təsviri incəsənət kafedrasının müdiri Elturan Avalov nümayiş olunan işləri yüksək qiymətləndiriblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova belə sərgilərin tez-tez keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Tələbələrin əl işlərini yüksək qiymətləndirən rektor gələcəkdə belə sərgilərin davamlı olmasını arzulayıb.
Sərgidə təsviri incəsənət kafedrasının müəllimləri Bayram Qasımxanlı, Oktay Murtuzayev, Fövziyə Əfəndi, Pərviz Cəfərov, Camal Vəlibəyovun tələbələrinin memarlıq abidələri, təbiət mənzərələri, Bakı məhəllələri ilə bağlı rəsmləri nümayiş olunur. Sərgilənən işlər arasında qrafik janrda çəkilmiş təcrübə işləri üstünlük təşkil edir. İşlər arasında memarlıq fakültəsinin dizayn ixtisasının 166 a1 tələbəsi Dəniz Baxışzadənin akvarel janrında işlədiyi tarixi binaların təsvirləri daha çox diqqət çəkib, sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Sərgi aprelin 10-dək davam edəcək.

Kəmalə Rəhimli