Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının xətti ilə Rusiya Federasiyası Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin bazasında memarlıq və dizayn üzrə buraxılış işlərinin 28-ci baxış-müsabiqəsi keçirilib. Beş ölkədən 200-dən çox iştirakçının qatıldığı müsabiqəyə 700-dən artıq iş təqdim olunub. Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müəllimi İlqar Əliyev iştirak ediblər.
Müsabiqədə məzunların nümayiş olunan buraxılış işləri yüksək qiymətləndirilib, Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının 1-ci (14 iş) və 2-ci (11 iş) dərəcəli diplomlarına, 1 bakalavr işi isə Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin və Rusiya Federasiyası Memarlar İttifaqının əlavə diplomuna layiq görülüb.
Fakültənin dizayn kafedrasının müsabiqəyə təqdim etdiyi dərs vəsaitləri də fəxri yerlər qazanıb. Kafedranın müəllimlərinə - dosent Nərgiz Ağayevaya 1-ci dərəcəli diplom, dosent Sevda Dadaşova, Təranə Bəkirova, baş müəllimlər Leyla Həsənova və Pərviz Əliyevə 2-ci dərəcəli diplomlar təqdim olunub.
Yekun iclasda müsabiqənin gələn il Tambov şəhərində keçirilməsi qərara alınıb.

AzMİU-nun Mətbuat Xidməti