Yunanıstanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə və ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O, Yunanıstanın Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan ölkələrdən olduğunu deyib. Yunan dilinin tədrisində həmkarlarının böyük rolu olduğunu deyən rektor əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Kamal Abdulla Azərbaycanın dünya dəyərlərinə, mədəniyyətinə açıq ölkə olduğunu deyərək, Yunanıstanla birgə əməkdaşlıq nəticəsində mədəniyyətə, elmə, təhsilə yeni töhfələr verməyin mümkünlüyündən danışıb. Akademik, həmçinin özünün Afina səfərindən xatirələrini iştirakçılarla bölüşüb. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova universitetin Yunanıstan universitetləri ilə qurduğu əlaqələrdən söz açıb. O, tədbirin təşkilini yüksək qiymətləndirərək təhsil, elm, mədəniyyət üzərindən qurulan körpülərin heç zaman yox olmadığını diqqətə çatdırıb. “Arqo” Yunan Cəmiyyətinin sədri Səidə Mehdiyeva görüşün məqsədi və əhəmiyyəti haqqında danışıb. O, həmçinin yunan dilinin tədrisi ilə bağlı görülən işlərdən söz açıb.
Yunan dili müəllimi Mariya Delaki Azərbaycan-Yunanıstan arasındakı bənzərliklər, Yunanıstan Təhsil Nazirliyinin təhsil məsləhətçiləri Yuli Xronopulu Ritorika, Efstathia Xristopulu Yunanıstanın milli bayramlarından biri olan “Oxi” (yunancadan tərcüməsi “Yox” deməkdir) günü haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra ADU-nun tələbələri Azərbaycan və yunan dillərində “Evlərinin önü yonca” mahnısını ifa ediblər, hər iki dildə milli mahnılar söyləyib və rəqslər nümayiş etdiriblər.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti