Gəncədə valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü

Gəncədə valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.
Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş.
Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər