Son illər vətəndaşların ən çox şikayətləndikləri məsələlər sırasında inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsi, müqavilə şərtlərinin kobud surətdə pozulması, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxması, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsi, yol verilən süründürməçilik, qazın və suyun vaxtında verilməməsi, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılması problemləri üstünlük təşkil edir.
Ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxunun məsul şəxsləri barəsində cinayət işi açılıb. Vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Bu cinayət işlərinin bəzisi yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıb. Artıq hökumət qeydiyyatsız binaların elektron qeydiyyatının yaradılması məsələsini üzərində işləyir. Bu da təbii ki, həmin binalarda yaşayan vətəndaşlar üçün vacib məqamdır. Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını almaqdan ötrü hökumət təməldən satışı da qadağan edib. Rəsmi qaydada qeydiyyatdan sonra, çıxarışlarla mənzillər satıla bilər.
Ancaq Ceyranbatan qəsəbəsində 8 yaşayış binası inşa edən "SOS" MTK-nın öz aldatma metodikası var imiş. Yardımlı rayonunun Yolocaq kəndində qediyyatda olan, Sumqayıt şəhəri, 10-cu mkr, ev 40A, mənzil 14-də yaşayan Əsgərov Elxan Rəsul oğlunun (əlaqə№(050) 565-09-25) redaksiyamıza müraciətindən sonra apardığımız araşdırma nəticəsində buna əmin olduq.
Elxan Əsgərov bildirib ki, ev almaq istəyib və ona bu işdə tanışı Bəylərov Mehdi Mais oğlu yardımçı olub. Təklif edib ki, "SOS" MTK Ceyranbatan qəsəbəsində Su Anbarının yaxınlığında yaxşı binalar tikir, oradan özü üçün puluna uyğun mənzil ala bilər. Bu il iyul ayının 14-də M.Bəylərovla birgə şirkətin ofisinə gedib şərtlərlə tanış olan E.Əsgərov satış üzrə menecer Orxan Əlisoya mənzilin borcunun olub- olmaması barədə müraciət edib. Orxan cavabında bildirib ki, mənzilin heç bir borcu yoxdur. O, münasib bildiyi 3 otaqlı (501 saylı) mənzili bəyənib və alqı-satqı müqaviləsi bağlayıb 42000,50 (qırx iki min manat əlli qəpik) nağd pul ödəyərək qəbzi və mənzilin açarını alıb. Bir neçə gündən sonra E.Əsgərovu çağırıb daha 1300 (bir min üç yüz) manat kommunal xidmət infrastrukturu üçün xərc kimi, 30 manat da əmlak sığortası haqqı kimi ödətdiriblər. Elxan bir neçə gün sonra mənzilinə gələndə başqa bir situasiya ilə qarşılaşıb. Ona verilmiş açar mənzilin qapısını açmayıb. Təəccüb içində satış müdirinə yaxınlaşıb və izahat tələb edib. Aldığı cavab daha təəccüblü olub: "Sənin dostun, səni buraya gətirən Mehdi Bəylərovun Etibara (Elxan Əsgərovun tanımadığı şəxsdir - red.), Etibarın da bizə borcu var. Bu mübahisə həll olunsa, sən mənzilinə sahib ola bilərsən".
E.Əsgərov satış müdiri ilə aralarında baş vermiş dialoqun yekununu belə təsvir edir:
"- Axı, mənim nə günahım var? Zəhmətlə, alın təri ilə qazandığım qəpik-qəpik yığdığım pulu sizə verib mənzil almışam. Kimin kimə nə qədər borcu var - mənə nə dəxli?
O.Əlisoy - Çox səs-küy salma, get Etibar və Rəhmanın yanına dərdini onlara de. Redaksiya olaraq araşdırma məqsədilə şirkətin ofisinə getdik. Satış meneceri kimi təqdim olunan Orxan Əlisoy deyilən şəxs bizi qarşıladı. Məsələni bildiyini dedi, telefonla kimləsə danışdı. Dəstəin o biri başındakı şəxsin satış müdiri Ramin müəllim olduğunu bildirərək onunla danışmağı təklif etdi. Nə eşitsək yaxşıdı?: " - Siz kimsiniz? Cəhənnəm olun ordan! İndi bu dəqiqə sizi bandotdelə apartdıraram!.."
O.Əlisoydan xahiş etdik ki, bizi “SOS MTK”-nın direktoru S.Əliyevlə görüşdürsün. Müsbət cavab ala bilmədik, hətta telefon əlaqəsi də yaratmadı . Son sözü belə oldu: - hara istəyirsiniz gedin kimə istəyirsiniz deyin.
Söhbəti davam etdirməyə lüzum qalmadı. Fikirləşib bir yerə çıxara bilmədik ki, bu işə Ramin "müəllim" kimilərin "bandotdel" dedikləri Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə nə aidiyyəti var? Niyə müştərini və peşə fəaliyyətini həyata keçirən jurnalisti məhz bu İdarə ilə hədələyirlər? Bəyəm, o İdarədə adamı asıb-kəsirlər? Yaxud, o İdarə qanunla deyil, Ramin "müəllim" kimilərin sifarişi ilə işləyir? Axı bu məsələdə adı çəkilən İdarəyə aparılıb dindirilməli olan müştəri deyil, məhz satıcı özüdür.
Əlbəttə, KİV hüquq-mühafizə və ya cinayət təqibi orqanı deyil. Əlimizdən gələn odur ki, E.Əsgərovun haqlı tələbini, başına gələnləri və şahid olduqlarımızı ictimailəşdirək. Qalanını aidiyyəti qurumların öhdəsinə buraxaq. Yəqin ki, insidenti təhqiq edib nəticə barədə redaksiyamızı məlumatlandırarlar. Biz də öz növbəmizdə "SOS" MTK-nın potensial müştəriləri olan oxucularımızı intizarda saxlamarıq.

Əkbər Hüseynzadə