Bildiyimiz kimi Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. Gəncə Dövlət Universiteti 7 ildən artıqdır ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təqaüdü tələbələrə bir daha qazandırmaq, elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD əməkdaşları və akademik müşaviri Ehtiram Müzəffərli Gəncə Dövlət Universitetində seminar keçiblər.
Seminarda GDU və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər.
İlk olaraq görüşdə öz təqdimatı ilə çıxış edən DAAD əməkdaşı Ehtiram Müzəffərli təşkilat və onun fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-ın əməkdaşlığından danışıb.
Məruzəçi, həmçinin görüş iştirakçılarını DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Sözügedən programın Almaniyanın ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını və bununla intellektual gənclərə dəstək olduğunu vurgulayıb. Ehtiram Müzəffərli Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi barədə və ərizələrin verilməsi qaydaları haqqında da ətraflı məlumat verib. Magistratura və yay məktəbləri barədə danışan Ehtiram Müzəffərli görüşün sonunda tələbələrin suallarını cavablandırıb.
Nahar fasiləsindən sonra qonaqlar V tədris binasının nəzdində olan Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərən Kompüter Mərkəzində olublar.
Daha sonra Alman Akademik Mübadilə Xidməti (DAAD) əməkdaşları Ştefani Dufauks, Michael Beck və ÖADE (Avstriya əməkdaşlıq təşkilatının) əməkdaşı Ştefani Matzer müəllim və tələbələrə treninq keçiblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat Xidməti