Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 2018-ci il seçim prosesində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniya nümayəndə heyəti ilə görüşüb.
Görüşdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo, Almaniyanın Illmenau Texniki universitetinin professoru Kerstin Pezoldt, Emden-Leer Universitetinin professoru Günter Totzauer, DAAD-ın Tbilisi nümayəndəliyinin rəhbəri Gebhardt Reul və ADNSU-nun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə iştirak ediblər. Almaniya universitetləri ilə əməkdaşlıq əlaqələrinin və DAAD-ın bu əməkdaşlıqda oynadığı mühüm rolun müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor M.Babanlı ikitərəfli münasibətlərin bundan sonra da artan templə inkişaf etdirməyin vacibliyini bildirib. O, DAAD ilə əməkdaşlığın universitet üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Həmçinin tələbələrin daha yüksək biliklər əldə etməsi üçün qarşılıqlı mübadilənin əhəmiyyəti vurğulanıb. Almaniyalı professorların ADNSU-ya cəlb olunması, tələbə mübadiləsi və yay məktəbinin təşkilində DAAD-ın xüsusi rolunu qeyd edən rektor bu istiqamətdə daha böyük işlər görülməsi üçün səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
ADNSU ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirən almaniyalı qonaqlar yeni layihələrin inkişafı istiqamətində işləri genişləndirmək fikrində olduqlarını bildiriblər.

Hikmət Əliyev