Oktyabrın 19-da Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramının Bakı Məlumat Mərkəzinin rəhbəri Mara-Lisa Gezer və bu qurumun nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov Almaniya universitetləri ilə AzTU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb. O bildirib ki, bu ildən AzTU-nun maşınqayırma fakültəsində almandilli qrup yaradılıb. DAAD proqramı çərçivəsində AzTU-nun bir neçə aliminin Almaniyada təhsil aldığını, bəzilərinin bir müddət orada işlədiyini deyən X.Yahudov növbəti illərdə tələbatdan asılı olaraq almandilli qrupların sayının artırıla biləcəyini qeyd edib.
Növbəti 2 il müddətində Azərbaycanda olacağını və DAAD proqramının Bakı Məlumat Mərkəzinə rəhbərlik edəcəyini deyən Mara-Lisa Gezer AzTU ilə bir neçə istiqamət üzrə əməkdaşlıq formatının mümkün olduğunu bildirib. M.Gezer qeyd edib ki, DAAD proqramından istifadə göstəricisinə görə Azərbaycan Rusiya və ABŞ-dan sonra dünyada üçüncü yerdədir.
Görüşdə AzTU-nun almandilli qruplarının tədris materialları ilə təmin olunması, tələbələrin Almaniyaya yay məktəblərinə və təcrübəyə göndərilməsi, həmçinin müəllim-tələbə mübadiləsi kimi məsələlər də müzakirə olunub.

AzTU-nun Mətbuat Xidməti