Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 4-cü yerə layiq görülüb.
Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov yarışın qalibləri ilə görüşüb.
Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə çıxış edən tələbələr onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitetin rektoruna dərin minnətdarlıqlarını bildiriblər.

GDU-nun Mətbuat Xidməti