1919-cu il 1 sentyabr... Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Bakı Dövlət Darülfünunun təsis edilməsi haqqında Qərar qəbul edir. Noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımız, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanır.
1919-cu il noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalədə “Dün Azərbaycan Darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı”, yazılır… Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski də yazır… Yazır ki, "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik".
Bu möhtəşəm qərardan sonra universitetin həyatı ilə bağlı çox yazılar yazılır, çox fərmanlar verilir, qərarlar qəbul edilir… 1930-da “millətçi” adı ilə bağlanır və bu ağır zaman dörd ilə qədər uzanır. 37-ci ildə 4 rektoru güllələnir, 41-ci ildə rektoru tələbələrini də başına yığıb müharibəyə yollanır, 5 dəfə adı dəyişdirilir... Amma ən çətin illərdə də universitet fədakarlarının hər şeyin yaxşı olacağıyla bağlı ümidi ölmür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu müqəddəs ocaq çox çətin zamanlardan, ağır sınaqlardan keçərək öz təşəkkülünü tapır. Vaxt var idi ki, 1919-cu ilin yanvarında Cümhuriyyət qurucularının fəal nümayəndələrindən olan Əlimərdan bəy Topşubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına bir qədər də naümid gedən Azərbaycan nümayəndə heyətinin arzuları səkkiz ayın içində gerçəkləşir. Bakı Universiteti yaradılır və o universitetin yubileyi düz 100 il sonra həmin Parisin özündə böyük təntənə ilə qeyd edilir… Sonra Vyana gəlir…
Qət edilən uzun yolun sonunda Azərbaycanın elm və təhsil ocağı, milli mədəniyyət və milli kadr mərkəzi kimi qiymətləndirilən Bakı Dövlət Universiteti öz varlığının 100 ilinə çatır.
15 noyabr 2019… Universitetin Elmi Şurası toplanır. Yubileyə son hazırlıq işləri müzakirə edilir, bu münasibətlə hazırlanmış kitablar haqqında məlumat verilir, Universitetin bütün əməkdaşlarına fərq qoymadan eyni miqdarda mükafat verilməsi qərara alınır... Və Universitetin rektoru Elçin Babayev Elmi Şura üzvlərindən xahiş edir: Gün ərzində müxtəlif auditoriyalara gedib tələbələrə şanlı tarix haqqında məlumat verin, xatirələrinizi bölüşün!
Əsl canlanma bundan sonra başlayır. Elmi Şura üzvləri auditoriyalara daxil olaraq “Bayramınız mübarək, əziz tələbələr”, - deyrək universitetin tarixi, fəaliyyəti, məşhir müəllimləri, məzunları, dünya elmində rolu haqqında maraqlı, faydalı, məlumatlar verir, nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyindən danışırlar.
Deyirlər ki, cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitetimizin bazasında sonralar yeni ali məktəblər yaranır, ali pedaqoji institut təsis edilir, tibb institutu fəaliyyətə başlayır.
Universitetin ilk rektoru məşhur cərrah Vasili Razumovski, ilk Azərbaycanlı rektoru tanınmış yazıçı Tağı Şahbazi olur. Bir də... bu universitetdən Stalin repressiyası yan ötmür. Ağır və keşməkeşli çağlar bu əzmkar kollektivin iradəsini qıra bilmir. Universitet xalqın qürur mənbəyinə çevrilir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin inkişafına, tərəqqisinə dəstək verən Ümummilli Lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirir, onu Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırır. Ulu Öndər BDU məzunu olması ilə daim fəxr edirdi.
Tələbələr onu da öyrənir ki, Heydər Əliyev, İlham Əliyev, Turqut Ozal, Süleyman Dəmirəl, Zbiqnev Bzejinski, Lütvi Zadə, Butros Butros Qali, Corc Robertson, Koiçiro Matsuura, Oljas Süleymenov, Tadeuş Svetoxovski kimi 50-dən çox tanınmış ictimai-siyasi xadim və elm adamının fəxri doktoru olduğu Universitet hazırda dünyanın ən nüfuzlu informasiya agentlikləri tərəfindən aparılan reytinq müsabiqələrində iştirak edir, 800 elitar universiteti sırasında yer alır, 60-dan çox ölkənin 200-dən çox universiteti, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir, Avropa Birliyinin layihələri, türkdilli ölkələri əhatə edən proqramlar, eləcə də tanınmış universitetlərlə tələbə-müəllim mübadilələri həyata keçirir, “ikili” diplom üzrə mütəxəssislər hazırlayır.
Bu gün universitetdə bayram əhval ruhiyyəsi, Universitet günü yaşandı. Hamı bir-birini təbrik edir, daha böyük uğurlar arzulayırdı. Bu gün, birmənalı olaraq elmimizin, təhsilimizin günü idi. Bu gün qət etdiyi bir əsrlik yaşında bizlərə sevinc bəxş edən, fəxr, ümid yerimiz, qürur ünvanımız olan, möhtəşəmliyi, əzəmətli, müqəddəsliyi, sehri ilə ondan doymağa qoymayan Bakı Dövlət Universitetinin günü idi.
Mövcudluğun mübarək, mənim Universitetim, əvəzedilməz elm və təhsil ocağım!
Yeni yüzilliyə qoyduğun qədəmlərin mübarək, dogma Universitetim!
Tehsil-press.az