Bizim əsas vəzifəmiz 2020-ci il seçkilərini qəsbkarlardan xilas etməkdir.
Bu barədə Gürcüstan Vətənpərləri Alyansının rəhbəri İrma İnaşvili deyib.
“Biz kreslo uğrunda savaşmırıq. Gürcü Arzusu siyasi özünə-qəsd etdi, utancverici hərəkətə yol verdi. Gürcü xalqı buna layiq deyildi. Bu aksiyalar Gürcüstanın bütün şəhərlərində keçiriləcək. İnsanlar meydanlara axışacaq. Fövqəladə hallar qərargahı işləyir. Gürcü Arzusu verdiyi sözlərə əməl etməyincə və biz proporsional seçki sisteminə keçməyincə bu aksiyalar başa çatmayacaq", - deyə alyans sədri bildirib.
Qeyd edək ki, bir neçə gündür müxalif partiyaların paytaxt Tiflisdə, Rustaveli prospektində təşkil etdiyi izdihamlı aksiyalarda erkən parlament seçkilərinin keçirilməsi və iyun mitinqi zamanı həbs olunanların azad edilməsi tələb olunur.
Tehsil-press.az