ADU tələbələri gürcü dilini öyrənir

ADU tələbələri gürcü dilini öyrənir Gürcüstanın Qafqaz Universitetinin professoru M.Mançgaladze Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə fevralın 26-dan martın 8-nə kimi ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Gürcüstanşünaslığa giriş” fənni üzrə dərslər keçib.
Dərslərdə fakültənin I, II və III kurs tələbələri iştirak edib. Dərslərin keçirildiyi müddət ərzində tələbələr gürcü əlifbasını və cümlələr qurmağı öyrəniblər.
M.Mançgaladze dərsləri həftədə bir dəfə “Skype” vasitəsi ilə davam etdirmək niyyətindədir.
Qeyd edək ki, professor M.Mançgaladze xaricilərə gürcü dili fənni tədris edən peşəkar mütəxəssislərdən biridir. O, uzun müddət Türkiyədə, Litvada bu istiqamət üzrə çalışıb və böyük təcrübəyə malikdir. M.Mançgaladze gürcü dilinin xaricilərə tədrisi üçün elektron dərsliklər müəllifidir.

ADU-nun Mətbuat Xidməti


ADU tələbələri gürcü dilini öyrənirADU tələbələri gürcü dilini öyrənir
ADU tələbələri gürcü dilini öyrənirADU tələbələri gürcü dilini öyrənir

Oxşar xəbərlər