Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası dünyada dərc olunan 9000-dən artıq nüfuzlu dövri elmi jurnal və digər nəşrlərə çıxış imkanı verən EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsinə qoşulub.
İctimai, humanitar, kompüter, mühəndislik, neft-qaz, fizika, kimya, nəqliyyat və s. sahələri əhatə edən EBSCO şəbəkəsi (http://search.ebscohost.com) Akademiyanın əməkdaşlarının, tələbə və müəllim heyətinin istifadəsinə verilib. EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsi təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində dərc olunan nəşrlərin elektron variantlarını ingilis, rus, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir, eləcə də istifadəçilərə yüksək səviyyəli elmi-tədqiqatlar aparmaq üçün geniş axtarış imkanları yaradır.
Kitabxananın əməkdaşı Aysel Cəfərzadənin sözlərinə görə, EBSCO beynəlxalq nəşrlər bazası əsasən müəllim heyəti olmaqla, 4-cü kurs tələbələrinin geniş marağına səbəb olub. “EBSCO nəşrlərindən istifadə etmək üçün xarici dil biliklərinin mühüm olduğunu nəzərə alsaq, istifadəçilər əsasən ingilis dilində, əksəriyyəti hüquq sahəsi olmaqla, iqtisadiyyat, gömrük işi və digər sahələr üzrə axtarışlar apararaq resurslardan faydalanırlar” – deyə o, bildirib.

Mətbuat Xidməti