Azərbaycan Universiteti EBSCO ilə əməkdaşlığa başladı

Azərbaycan Universiteti EBSCO ilə əməkdaşlığa başladı Azərbaycan Universitetində dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO məlumat bazası xidmətlərinin təqdimatı keçirilib. Təqdimatı eİFL.net Beynəlxalq Konsorsiumunun milli əlaqələndiricisi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun respublika üzrə koordinatoru Cəmilə Yusifova aparıb.
Tədbirdə iştirakçılara bazanın informasiya həcmi və xidmətləri haqqında məlumat verilib, elektron resurslarından istifadə qaydaları, axtarış sisteminin iş prinsipləri, axtarışın asanlaşdırılması yolları nümayiş olunub.
Bildirilib ki, Azərbaycan Universiteti artıq EBSCO –ya abunədir və ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri bazadan sərbəst şəkildə istifadə edə bilir.
Qeyd edək ki, EBSCO aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. 1944-cü ildə ABŞ-da fəaliyyətə başlayan şirkət dünyanın müxtəlif yerlərindən nəşrlərin elektron variantlarını oxuculara təqdim edir. Minlərlə elektron jurnal, qəzet və məqalələrə çıxış imkanı yaradan EBSCO-da olan məlumat bazası əsasən ingilis dilindədir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universiteti EBSCO ilə əməkdaşlığa başladı

Oxşar xəbərlər