Hafiz Paşayev: 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm

Hafiz Paşayev: 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm Bakı Dövlət Universiteti həmişə Azərbaycanın ən qabaqcıl universiteti olub. Fəxr edirəm ki, mən də bu universitetin tələbəsi olmuşam. Təhsil aldığım 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm.
Bu fikirləri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumunda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib.
“Bu gün bura toplaşmaqda məqsədimiz universitetin bizə verdiklərinin bəhrəsinin müəyyən bir hissəsini doğma universitetimizə qaytarmaqdır”, - deyə Hafiz Paşayev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər