Tehranın Şərif Universitetinin Fizika fakültəsinin professoru Söhrab Rahvar Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Mərkəzində
“Kosmologiya üzrə Nobel mükafatı (2019): Kainatın təkamülündən kosmosdakı yerimizə qədər olan dövrün öyrənilməsi" (“Nobel Prize in Cosmology (2019): Our understanding from the evolution of the Universe to our place in cosmos”) mövzusunda keçirilən seminarda çıxış edib.
Seminarda 2019-cu ilin Nobel mükafatçılarının tədqiqatlarından danışılıb. Mövzu üzrə “Böyük Partlayış” (“Big Bank”) nəzəriyyəsi və onun həll olunmayan problemləri ətrafında müzakirələr aparılıb.
Kainatın təkamülünün müxtəlif mərhələlərində baş verən fiziki proseslər haqqında əraflı məlumat verən professor Söhrab Rahvar əsas diqqəti qravitasiya mikrolinzalaşdırma üsulu ilə kosmik obyektlərinin öyrənilməsinə yönəldib.
Seminarda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Nano Araşdırmalar Mərkəzinin, Fizika Problemləri İnstitutunun və Astrofizika kafedrasının əməkdaşları, doktorant və magistrantları iştirak ediblər.

BDU-nun Mətbuat Xidməti