Yaponiyalı alim BDU-da xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolundan danışıb

Yaponiyalı alim BDU-da xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolundan danışıb Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və sosial elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar.
BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və səfərin universitetlərarası əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb.
Görüşdə müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, mövcud əlaqələr, ikili diplom, tələbə-müəllim mübadiləsi, elm muzeyinin yaradılması kimi məsələlər müzakirə edilib.
Professor Sei Nakabayaşi qeyd edilən məsələlərin ikitərəfli əlaqələrin və gələcək əməkdaşlığın inkişafına təkan olacağını bildirib.
Görüş Fizika fakültəsinin onlayn konfrans zalında davam edib. Rektor Yaponiyanın fiziki kimya sahəsində nüfuzlu aliminin universitetə gəlişini yüksək qiymətləndirib və təqdim edəcəyi mühazirənin aktuallığını qeyd edib.
Professor Sei Nakabayaşi "Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu" mövzusunda mühazirə oxuyub. O, xəstə hüceyrənin membranının sağlam hüceyrəyə nisbətən möhkəmliyi və onun skanedici zond mikroskopu vasitəsi ilə tədqiqindən danışıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 mart 2019-cu il


Yaponiyalı alim BDU-da xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolundan danışıb

Oxşar xəbərlər