Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “ProSys” şirkətinin nümayəndələri ilə görüş təşkil olunub.
Görüşdə tədris və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov ali təhsil müəssisəsində təhsilin müasir texnologiyalar əsasında inkişafının və tədrisin şəffaflığının təmin edilməsinin qarşıda duran prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu məqsədlə institut ölkəmizdə bu sahədə kifayət qədər potensiala və təcrübəyə malik olan şirkətlərlə əlaqələr qurmağa çalışır.
Daha sonra “ProSys” şirkətinin baş meneceri Ceyhun Əliyev çıxış edərək, şirkətin məhsulları haqqında geniş məlumat verib. Qeyd edib ki, keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətin əsas meyarlarındandır. O məlumat verib ki, “ProSys” şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatlarını və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. Şirkət informasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tədrisin və sənədlərin elektronlaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır.
Tehsil-press.az