ADNSU ilə Çinin “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Çinin “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində tanınmış “Huawei” şirkətinin regional satış direktoru Azad Cəfərli ilə görüşüb.
Görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq və yeni innovasiyaların tətbiqi müzakirə olunub, ADNSU-da tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək məsələsinə toxunulub.
“Huawei” şirkəti ilə əməkdaşlığa əhəmiyyət verildiyini diqqətə çatdıran professor M.Babanlı şirkətin “Smart Campus” sisteminin ADNSU-da tətbiqinin arzusunda olduğunu bildirib.
ADNSU ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən A.Cəfərli bunun üçün işçi qrupun yaradılmasının və universitetin informasiya texnologiyaları departamenti ilə sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Huawei” dünyanın 100-dən çox ölkəsində filialları olan ən iri texnoloji şirkətlərdəndir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi-tədqiqatlara 1,2 milyard ABŞ dollarından çox vəsait xərcləyir.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU ilə Çinin “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir

Oxşar xəbərlər