Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatı (TGT) İlahiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib.
Tədbirdə çıxış edən Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova Azərbaycan İlahiyyat İnstitutu Tələbə Gənclər Təşkilatı (Aİİ TGT) və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının yaranma tarixi, fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib. F.Yusifova tələbələrə təşkilatın təhsil və ictimai fəaliyyətdəki mühüm rolundan bəhs edib. Vurğulayıb ki, Aİİ TGT-nin əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, elmi həyatında onların fəal iştirakını təmin etməkdir.
Yeni qəbul olunan tələbələrin İnstituta daha rahat uyğunlaşması məqsədilə keçirilən görüşdə F.Yusifova gənclərə təhsil müəssisəsi, tədris prosesi, ictimai işlər, faydalana biləcəkləri resurslar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsində gənclərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Tələbələr dövlət hesabına təhsil almaqla yanaşı, ödənişsiz dərslik və geyimlə təmin olunur, pulsuz dil kurslarında iştirak etmək hüququ qazanırlar.
Daha sonra qarşıda duran vəzifələr, tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün görülən tədbirlər haqqında söhbət açılıb.

Aİİ-nin Mətbuat Xidməti