Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb.
Rektor Ceyhun Məmmədov çıxış edərək tələbələrin ərəb dilini yüksək səviyyədə mənimsəmələrinin vacibliyinə toxunaraq, dərsdənkənar məşğələlərin bu yöndə müsbət təsir göstərdiyini deyib. Rektor tədrisin keyfiyyətini bundan sonra da yüksəltmək məqsədilə yeni dərsliklərin hazırlanmasının, həmin kitabların məhz Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslaşmış müəllimləri tərəfindən yazılmasının prioritet məsələ olduğunu vurğulayıb.
Daha sonra tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov tədris prosesi zamanı keçirilən “Açıq dərs”lərdən bəhs edib. O, müəllimlərin dərs təcrübələrini bölüşməsinin əhəmiyyətini bildirib.
Görüş müəllimlərin qarşılıqlı təklifləri və müzakirələri ilə davam edib.
Qeyd edək ki, Aİİ xarici dillərin tədrisinə böyük əhəmiyyət verir. Ali təhsil müəssisəsində tələbələr ingilis, ərəb, ibri və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz ərəb və ingilis dili kursları təşkil olunur. Gələcəkdə digər dillər üzrə də əlavə məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az