İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari dekabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb.
A.Massari görüşdə tələbələrə İtaliya və Azərbaycan arasındakı əlaqələr haqqında məlumat verib. O, italyan dilini öyrənməyin üstünlükləri və yolları haqqında danışıb. Səfirliyin Azərbaycanda gördüyü işlərdən, layihələrdən, təqaüd proqramlarından danışan A.Massari "MAECI Təqaüdləri" - İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən təklif olunan təqaüd proqramının 2020-ci ildə də davam edəcəyini bildirib. O qeyd edib ki, bu illər ərzində təklif olunan təqaüdlər onlarla italyandilli azərbaycanlı tələbələrin ölkəmizdəki universitetlər tərəfindən təklif olunan üçaylıq italyan kurslarında iştirak etməsinə imkan verib.
Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ADU-nun rektoru Kamal Abdulla İtaliya universitetləri ilə əməkdaşlıqdan məmnun olduğunu deyib. Rektor əlaqələrin qurulması istiqamətində görüşün əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycan Prezidentinin multikulturalizmin təbliği istiqamətində gördüyü işlərə ən tez cavab verən ölkələrdən birinin İtaliya olduğunu diqqətə çatdırıb. İtaliya mədəniyyətinə, ədəbiyyatına, Qədim Roma antik mədəniyyətinə olan məhəbbətin bu gün də Azərbaycanda yaşadığını bildirən rektor İtaliya universitetləri ilə əlaqələrin bundan sonra da dərinləşəcəyinə, tələbələrin daha sıx dostluq əlaqələri quracağına inandığını bildirib.
A.Massari italyan dilinin tədrisi üçün dərs materiallarının alınması və təhvil verilməsi məqsədilə ADU-nun İtalyan dili mərkəzi ilə aparılan danışıqlar əsasında İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş italyan dilində 90 kitab və dərsliyi təqdim edib. İtalyan dili mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən səfir təqdim etdiyi kitabların mərkəzin gələcək uğurlarında mühüm rol oynayacağına inandığını deyib.
O, irəliləyən zamanlarda mərkəzlə əlaqələrin genişləndirilməsi və daha çox əməkdaşlıq imkanlarının yaranması istiqamətində təkliflərin qiymətləndiriləcəyini diqqətə çatdırıb. Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnun olduğunu deyən diplomat ölkəmizdəki xoş münasibəti daim hiss etdiyini dilə gətirib. ADU-da yerli müəllimlərlə yanaşı, italiyalı dil müəlliminin fəaliyyət göstərdiyini deyən A.Massari dilin birbaşa dil daşıyıcısından öyrənməyin effektli olduğunu söyləyib.
ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov universitetlə İtaliya səfirliyi arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açaraq bu əlaqələrin iki ölkə arasındakı əlaqələrə uğurlu investisiya olduğunu qeyd edib. O, Azərbaycanla İtaliya arasında əlaqələrin xüsusi məzmunu olduğunu deyib.
Görüşdə, həmçinin gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, birgə layihələr, görüşlərin təşkil olunması haqqında məsələlər müzakirə olunub.

ADU-nun Mətbuat Xidməti