Noyabrın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Mərakeş şəhərində yerləşən Cadi Ayyad Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru doktor Fatima Zöhrə İflahen ilə görüşüb.
Mərakeşlə əməkdaşlıqdan məmnun olduğunu deyən rektor, universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşün əhəmiyyətini xüsusi vurğulayıb. Rektor, öz növbəsində, təhsil mübadiləsi istiqamətində planların həyata keçirilməsinin mümkünlüyündən danışıb.
ADU-nun əməkdaşı Anar Rəhimovun bu yaxınlarda Cadi Ayyad Universitetində görüşlər keçirdiyini qeyd edən Kamal Abdulla, onun adıçəkilən universitetdə yüksək qonaqpərvərliklə qarşılandığını vurğulayıb. Rektor Mərakeş universitetlərindən birində Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən mərkəzin yaradılması perspektivindən söz açaraq, həmin mərkəzdə Azərbaycan multikulturalizmi, mədəniyyəti, ədəbiyyatı haqqında birgə mühazirələr, görüşlərin təşkil olunmasını məqsədəuyğun hesab edib. Dillər Universitetinin xarici dillərin öyrədilməsi istiqamətində böyük ənənəyə malik olduğunu deyən Kamal Abdulla, universitetdə 20-dən çox ölkənin dil və mədəniyyətlərinin tədris olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla bildirib ki, qarşılıqlı şəkildə mədəniyyət mərkəzlərinin açılması əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacaq.
Prorektor Fatima Zöhrə İflahen səmimi qəbula görə təşəkkürünü bildirib. Təmsil etdiyi universitetin beynəlxalq əlaqələri haqqında məlumat verən qonaq Azərbaycanın beynəlxalq əlaqələrin qurulması baxımından mühüm tərəfdaş olduğunu qeyd edib. F.Z.İflahen söyləyib ki, universitetlərdə mərkəzlərin açılması iki ölkə arasında əməkdaşlığın inkişafı, tələbə mübadiləsinin həyata keçirilməsi yönündə aparılan ən zəruri məsələlərdir. Prorektor ADU müəllimlərinin əməkdaşlıq proqramlarında iştirakının təmin olunması, onların Mərakeş universitetlərində Azərbaycanın tarixi, coğrafiyası, milli adət-ənənələrini tədris etmələri, eyni zamanda Mərakeşdən olan müəllimlərin Azərbaycanda təcrübə proqramlarına qatılması haqqında təkliflər irəli sürüb.
Görüşdə, həmçinin gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, birgə layihələr, görüşlər, mühazirə, seminarlar, konfransların təşkil olunması haqqında məsələlər müzakirə olunub.
ADU-nun Mətbuat Xidməti